Əsas Səhifə > Hadisə > Azərbaycan yeni hərbi helikopterlər əldə edib
Azərbaycan yeni hərbi helikopterlər əldə edib20-06-2018, 15:20 |
|
Azərbaycan döyüş meydanında olmadan da düşmən hədəflərini məhv etməyə qadir olan helikopterlər əldə edib. Rubrika.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında bildirib. “Azərbaycan döyüş meydanında olmadan düşmən hədəflərini məhv edən helikopterlər alıb. Bu helikopterlər 10-50 km məsafədən vura bilmək imkanına malikdir”,- deyə müdafiə naziri bildirib. Onun sözlərinə görə, 26 iyunda keçiriləcək hərbi paradda ən müasir texnologiya və silahlar nümayiş olunacaq. “Bizim nümayiş olunmayacaq silahlarımız da var. Çünki həmin silahlar hələlik sınaqdan keçirilməyib”, - deyə o əlavə edib. Rubrika.Az Geri qayıt |