Əsas Səhifə > Qanun > Prezident sərəncam imzaladı: yol tikintisinə 5,4 milyon manat ayrıldı
Prezident sərəncam imzaladı: yol tikintisinə 5,4 milyon manat ayrıldı20-06-2018, 19:00 |
|
Prezident İlham Əliyev İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Rubrika.az Qaynarinfo-ya istinaden xəbər verir ki, bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Rubrika.az Geri qayıt |