Əsas Səhifə > Hadisə > "Atası gələndən sonra toy edəcək..." - Dilqəm Əsgərovun qardaşı...
"Atası gələndən sonra toy edəcək..." - Dilqəm Əsgərovun qardaşı...21-06-2018, 11:46 |
![]() 2014-cü il iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov evlənib. Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov Moderator.az -a açıqlamasında kövrəlib. S.Əsgərov deyib ki, Kürdoğlu toysuz-düyünsüz ailə qurdu: “Bəli, Kürdoğlu təxminən bir ay olar ki, ailə qurdu. Atasına görə hər şeydən imtina etdi. Nə olacaq, toysuz-düyünsüz ailə qurdu. Yəqin ki, atası gələndən sonra toy edəcək. Çox sağ olun”. Qeyd edək ki, K.Əsgərov evlənməsi haqda Facebook səhifəsində yazıb: "Subaylığa əlvida. Söz vermişdim ki, atam gələndə toy edəcəm. Ancaq atamdan 8 aydır məktub gəlməməsi məni çox narahat edir və qərara gəldim ki, gələn dəfə atama məktubumda qeyd edim ki, evləndim. O birisini, bu birisini bilmirəm. Mən nəinki toyu dədə-baba adəti ilə, adi bir qazan asılmasına da icazə vermədim. Mən Dilqəmin oğluyam. Allahın köməkliyi ilə toy da, bayram da atam azad olunub gələndə olacaq". Xatırladaq ki, 2014-cü ildə D. Əsgərov və Ş. Quliyev üzərində işğal altındakı Dağlıq Qarabağda qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Rubika.Az Geri qayıt |