Əsas Səhifə > Hadisə > Sumqayıt Dövlət Universitetinin girişində sütunlu tavan çöküb
Sumqayıt Dövlət Universitetinin girişində sütunlu tavan çöküb21-06-2018, 20:41 |
![]() Bu gün saat 15:30-da Sumqayıt Dövlət Universitetinin (SDU) əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavanı çökərək yararsız vəziyyətə düşüb. Rubrika.az xeber verir ki, bu barədə APA-ya SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib. O bildirib ki, öncədən əmələ gələn çatlar nəzərə alınaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb. N. Cəlilli qeyd edib ki, hadisə barədə müvafiq strukturlara məlumat verilib. Rubrika.az Geri qayıt |