Əsas Səhifə > Hadisə > Daha bir bağçada uşağa qarşı şiddət: Üzünə dağ basdılar – FOTOLAR

Daha bir bağçada uşağa qarşı şiddət: Üzünə dağ basdılar – FOTOLAR


22-06-2018, 23:48
Daha bir bağçada uşağa qarşı şiddət: Üzünə dağ basdılar – FOTOLAR


Gəncə şəhər 31 saylı usaq evində körpəyə qarşı daha bir müəllimə tərəfindən şiddət yaşandığı iddia olunur.

Rubrika.az Minval.İnfo-ya istinaden xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib. Xasməmmədovun bildirdiyinə görə, bağçada işləyən Gülnarə adlı müəllimə 1 yaş 6 aylıq olan Sara adlı uşağın üzünə dağ basıb. Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, “uşaq-uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb”.

“Ancaq uşağı ekspertizaya aparıblar, orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub. Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib.”- deyə hüquq müdafiəçisi bildirir.

Daha bir bağçada uşağa qarşı şiddət: Üzünə dağ basdılar – FOTOLAR

Daha bir bağçada uşağa qarşı şiddət: Üzünə dağ basdılar – FOTOLAR

Rubrika.az
Geri qayıt