Əsas Səhifə > İdman > DÇ-2018-də qalmaqal
DÇ-2018-də qalmaqal23-06-2018, 11:45 |
![]() İsveçrə millisinin futbolçusu Xerdan Şakiri siyasi qalmaqala səbəb olan addım atıb. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, onun dünən DÇ-2O18-in Serbiya ilə matçına geyindiyi butsun üzərində Kosovonun bayrağı əks olunub. Şakiri əslən Kosovodandır. Oranın müstəqiliyini isə Serbiya qanunsuz hesab edir. Serbiya ilə görüşün (2:1) 90-cı dəqiqəsində İsveçrənin qələbə qolunu məhz Şakiri vurub. Matçdan sonra Serbiya Futbol Federasiyasının baş katibi Yovan Şurbatoviç bildirib ki, oyundan əvvəl Şakirinin belə bir butsla meydana çıxmasının qarşısını almaq üçün FİFA-ya müraciət ediblər: “Amma onlar bizə bildirdilər ki, burda siyasi heç nə yoxdur”. Baş katib onu da deyib ki, matçın hakimliyi ilə bağlı FİFA-ya şikayət edəcəklər. Rubrika.Az Geri qayıt |