Əsas Səhifə > Hadisə > Keçmiş məhkum qadına yenə həbsxana yolu göründü
Keçmiş məhkum qadına yenə həbsxana yolu göründü23-06-2018, 17:24 |
|
Nərimanov Rayon Məhkəməsində qadınlara qarşı dələduzluq edən qadının məhkəməsi başlayıb. Rubrika.Az-ın “Ölkə.Az”a istinadən xəbərinə görə, cinayət məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Osmanlı Təranə Azad qızının məhkəmə prosesinə hakim Vüqar Məmmədov sədrlik edir. Belə ki, əvvəllər analoji əmələ görə məhkumluq həyatı ayaşayan T.Osmanlı 4 qadını aldadıb. Bakı şəhər sakinləri 40 yaşlı Səbinə Əliyeva, 43 yaşlı Lyubov Kuzmina, 33 yaşlı Günay Tağıyeva və Ordubad rayon sakini 36 yaşlı Vəfa Süleymanova hüquq-mühafizə orqanlarına müraciət edib. Qadınlar müraciətlərində bildiriblər ki, oktyabr-noyabr aylarında Bakı şəhər sakini 36 yaşlı Təranə Osmanlı onları aldadaraq S.Əliyevadan 51 min 620 manat, L.Kuzminadan 3 min avro və 3 min 300 ABŞ dolları, G.Tağıyevadan 10 min və V.Süleymanovadan 4 min manat dəyərində qızıl-zinət əşyaları alıb. Rubrika.Az Geri qayıt |