Əsas Səhifə > Hadisə > Çin zibil idxalını dayandırır:120 milyon ton zibilin aqibəti necə olacaq?

Çin zibil idxalını dayandırır:120 milyon ton zibilin aqibəti necə olacaq?


23-06-2018, 19:38
Çin zibil idxalını dayandırır:120 milyon ton zibilin aqibəti necə olacaq?

Dünyanın ən böyük zibil idxalçısı olan Çin artıq xaricdən plastik almayacağını açıqlayıb.

Rubrika.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir qərarın ardından 120 milyon ton zibilin aqibətinin necə olacağı sual altındadır.

BMT-nin Georgiya Universiteti ilə birgə apardığı araşdırmaya əsasən Çinin bu qərarından sonra 2030-cu ilə qədər 122,3 milyon ton plastik ya basdırılmalı, ya da ümumiyyətlə istifadə olunmamalıdır.

Qeyd edək ki, Çin 1992-ci ildən bəri 57,6 milyard dollar dəyərində 106 milyon ton zibil idxal edib.


Rubrika.az
Geri qayıt