Əsas Səhifə > Hadisə > Mehriban Əliyevanın köməkçilərinin sayı ARTIRILDI - TƏYİNAT
Mehriban Əliyevanın köməkçilərinin sayı ARTIRILDI - TƏYİNAT27-06-2018, 16:21 |
![]() Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb. Rubrika.Az-ın Unikal.org-a istinadən məlumatına görə, bu, prezident İlham Əliyevin "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb. Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb. Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb. Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib. Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur. Rubrika.Az Geri qayıt |