Əsas Səhifə > Hadisə > Azərbaycanda yeni nazir təyin olundu
Azərbaycanda yeni nazir təyin olundu28-06-2018, 21:31 |
![]() Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib. Rubrika.az "Report"a istinaden məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 28-də fərman imzalayıb. Qeyd edək ki, Bəhruz Bayramov bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. Rubrika.az Geri qayıt |