Əsas Səhifə > Siyasət > Zaxarova: “Azərbaycan və Ermənistan nazirlərinin görüşü müsbət nəticə verə bilər”
Zaxarova: “Azərbaycan və Ermənistan nazirlərinin görüşü müsbət nəticə verə bilər”28-06-2018, 22:18 |
|
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən gözləntilər böyükdür”. Rubrika.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya XİN Mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarova bildirib: "Bizim fikrimizcə, bu görüş iki dövlət, o cümlədən gündəmdə olan məsələləri həll etmək üçün zəruridir”. Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin münaqişənin həlli ilə əlaqədar yaxın vaxtlarda görüşəcəyini açıqlamışdı. Rubrika.az Geri qayıt |