Əsas Səhifə > Hadisə > Bakının nəqliyyat sistemində problem yaranıb
Bakının nəqliyyat sistemində problem yaranıb28-06-2018, 22:22 |
|
Paytaxtda 2, 6, 13 və 14 nömrəli marşrut xəttləri üzrə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobusların qrafik üzrə hərəkətində ləngimələr qeydə alınır. Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, ləngimələrin baş verməsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) təmir işlərinin aparılması ilə əlaqədardır. "BakuBus” MMC yaranan müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir və mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edir. Rubrika.az Geri qayıt |