Əsas Səhifə > Təhsil > Müəllimlərin işə qəbulu üzrə test imtahanının vaxtı açıqlanıb
Müəllimlərin işə qəbulu üzrə test imtahanının vaxtı açıqlanıb29-06-2018, 13:28 |
![]() “Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi iyulun 16-da başlayıb avqustun 2-dək başa çatmalıdır" Rubrika.Az “Report”a istinadla xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib. O qeyd edib ki, imtahanlarda namizədlər 90 dəqiqə ərzində 60 suala cavab verməlidirlər: “Üçüncü mərhələdə yerləşdirmə aparılacaq. Bundan sonra isə dördüncü yəni müsahibə mərhələsi olacaq”. M.Camalzadə bildirib ki, imtahanlarda açıq tipli sualların salınması nəzərdə tutulmayıb. Rubrika.Az Geri qayıt |