Əsas Səhifə > Hadisə > Bakıda cərimə meydançasında maşınlar yanır - İcra başçısı gəldi - Fotolar
Bakıda cərimə meydançasında maşınlar yanır - İcra başçısı gəldi - Fotolar29-06-2018, 15:58 |
|
Bakıda yanğın başlayıb. Rubrika.Az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hazırda paytaxtın Nizami rayonunda yerləşən 11 saylı cərimə meydançası yanır. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır. *** Yanğın hələ də davam edir. Yanan maşınlar arasında "BMW", "Niva" və Vaz 2106-07 də var. Maşınların çoxu istifadəyə yararsızdır. *** Hazırda Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb. Yanğına ilkin səbəb kimi, zibil vedrələrinin yanması göstərilir. Rubrika.Az Geri qayıt |