Əsas Səhifə > Dünya > NATO-dan təhdid: "Əgər bu ölkə şansını əldən versə..."

NATO-dan təhdid: "Əgər bu ölkə şansını əldən versə..."


29-06-2018, 20:35
NATO-dan təhdid: "Əgər bu ölkə şansını əldən versə..."

Makedoniyanın NATO-ya qəbulu prosesi il yarım davam edə bilər.

Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.

“Makedoniya Konstitusiyasında lazımi dəyişikliklər etdikdən sonra bu ölkəni NATO-ya yeni adı ilə dəvət edə biləcəyik. Makedoniyanın NATO-ya qoşulması tarixi imkandır. Əgər rəsmi Skopye bu fürsəti qaçırsa, bir daha onun belə şansa sahib olacağını söyləmək çətindir”, - o bildirib.

Qeyd edək ki, Makedoniyanın adının dəyişdirilərək, “Şimali Makedoniya” adlanması ilə onun NATO və AB-yə üzvlük müraciətinə Yunanıstan yaşıl işıq yandırmağa razılaşıb. İki ölkənin baş nazirləri arasında bu yöndəki razılaşmanı isə Makedoniya prezidenti təsdiqləməyib.

Yunanıstan eyniadlı əyaləti olması səbəbindən Makedoniyanın adının dəyişdirilməsini tələb edir.

Rubrika.az
Geri qayıt