Əsas Səhifə > Hadisə > Ermənistan Müdafiə Nazirliyinin polkovniki müharibənin vaxtını dedi

Ermənistan Müdafiə Nazirliyinin polkovniki müharibənin vaxtını dedi


29-06-2018, 21:19
Ermənistan Müdafiə Nazirliyinin polkovniki müharibənin vaxtını dedi

Ermənistan Müdafiə Nazirliyinin polkovniki, "Tiqran Mets” hərbi-təlim mərkəzinin rəhbəri Koryun Qumaşyan Azərbaycan ordusunun iyunun 26-da Bakıda keçirilmiş paradına baxıb , prezident İlham Əliyevin çıxışını izləyib və belə qənaətə gəlib ki, Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanması qaçılmazdır.

Rubrika.az Virtualaz.org -a istinaden xəbər verir ki, polkovnik Qumaşyan erməni mətbuatına müsahibəsində Ermənistanın "ildırım sürəti ilə öz silahlarını yeniləməli olduğunu” deyib. Bildirib ki, əks halda gec olacaq.

"Bütün maliyyə resursları müdafiə sahəsinə yönəldilməlidir, hansı ölkənin bizim haqqımızda nə düşünməsindən asılı olmayaraq. Müharibə qaçılmazdır. Kiçikdən böyüyə hamı buna hazırlaşmalıdır. Bu 2016-cı ilin aprel hadisələrinin təkrarı olmayacaq”-polkovnik deyib.

Rubrika.az
Geri qayıt