Əsas Səhifə > Din > Bakıda cərimə meydançasında 50-yə yaxın maşın kül oldu —YENİLƏNİB
Bakıda cərimə meydançasında 50-yə yaxın maşın kül oldu —YENİLƏNİB30-06-2018, 10:10 |
|
Fövqəladə Hallar Nazirliyi avtomobil dayanacağında baş verən yanğın barədə növbəti məlumat yayıb. FHN-dən "Ölkə.Az"a daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb. Ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. *** Paytaxtın Nizami rayonunda yerləşən avtomobil cərimə meydançası yanır. Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğınla bağlı məlumat yayıb. Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb. Yanan maşınlar arasında “BMW”, “Niva” və “VAZ 2106-07” də var. Rubrika.Az Geri qayıt |