Əsas Səhifə > Araşdırma > Sosial Müdafiə nazirinə ehtiyatda olan zabitdən bir necə sual ; "DSMF-də baş verən biabirçiliğin adı nədir? "
Sosial Müdafiə nazirinə ehtiyatda olan zabitdən bir necə sual ; "DSMF-də baş verən biabirçiliğin adı nədir? "30-06-2018, 15:58 |
|
Rubrika.Az teref.info-ya istinadla bildirir ki, elektron poçtuna daxil olmuş şikayət məktubunun vergülünə, nöqtəsinə əl dəymdən, oxuculara təqdim edirik. Şikyətçi ehtiyatda olan zabit Elşən Quliyev yazır: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə bir necə sual. Nazirin diqqətinə çatdırmaq istəyirəm ki, 2012 -ci ildən ehtiyatda olan zabit kimi təqaud alıram. Bu ilin may ayının axırında "Kapital" bank tərəfindən verilmiş bank kartının muddəti bitdiyi ücün iyun ayının 8- də yeni kart almaq üçün adıçəkilən bankın "Nərımanov" filalına muraciət etdim. Məlumat burosundan mənə bildırdilər kı,sizin ücün DSMF müvafiq departamenti kart sifariş etməyib. Acigi cox təəccubləndim və eyni zamanda məlumat verən xanımın "bəlkə bir az tez gəlmisiniz"sozündən sonra bir az təəccubüm itdı. Xanım DSMF-nin aidiyətti departamentinə muraciət etməyimi bildirdi. Həftəaxırı oldugundan fikirləşdim ki novbəti həftə zəng vurum. 12.06.2018 ci il tarixdə Səhər saat 12 də DSMF 190 cagrı mərkəzı tərəfindən verilən 4330670 nomrəsinə zəng vurdum. Cavab verən xanımı məsələdən agah etdım və şexsı məlumatlarımı ona təqdim etdim. Teref.info ya yazan şikayətçi yazır ki, xanım bir 10 dəqiqə araşdırma apardıqdan sonra məlum oldu kı, verdiyim suala cavab vermək ıqtidarında deyil. Belə olan halda başbilənlərini köməyə çagırdı. Ozünu Namiq kimi təqdim edən yoldaş bir xeyli araşdırma apardıqdan sonra “nazilmiş” səslə günahını etıraf edərək bildırdı ki, bəs üzürlu hesab edin, sizin adınızı banka gondərmək yaddan çıxıb deyə bu uzdən sızə yeni kart sifarış edilməyib. Açıgı əvvəlcə əsəbləşdim ki, necə ola bilər kı adım sıyahıya duşməsın, men kı, təqaudə indi çıxmıram bu necə ola bilər. Lakın başbilən yoldaşın uzurhaxlıgını nəzərə alıb məsələnın sulh yolu ilə həllinə razılıq verdim. Namiq deyilən kəs bidirdi ki günü bu gün mənim ücün yeni kart sifarış ediləcək. Namiq adlı kəsin verdiyi sozə və 0503434369 nömrəsinə inanaraq danışıgımız belə yekunlaşdı ki. həftə bayram gunlərinə təsadüf etdiyindən daha sonrakı həftələr ərzində mən yeni kartı alacam. Goründüyü kimi bu ay ərzində olan bütün bayramlar yekunlaşdı. 27.07.2018-ci tarixdə nahar fasiləsindən sonra DSMF-nın 4330670 nomrəsinə dəfələrlə zəng vursam da zənglərimə cavab verən olmadı. Bundan sonra başbilən Namiq adlı kəsın mobil nomrəsinə zənglər etsəm də bu zənglər də cavsbsız qaldı. Mən sadəcə oyrənmək istəyırdim biləm, kartın hazır olması barədə onlarda dəqiq məlumat varsa bu isti havada boş yerə bir daha banka getməyim, ancaq zənglərim cavabsız qaldıgından məcbur qalaraq getdim. Bankda mənə məlumat verən xanım 15 gün əvvəl dediyi sozləri bu dəfə də təkrar etdi, bildirdi ki, DSMF tərəfindən mənim ücün yeni kart sifariş edilməyib. Düşdüyüm vəziyəti təsəvvür etmək yəqin ki çətin deyil. Bankdan çıxıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 qaynar xəttinə zəng etdim. Cavab verən xanıma baş verənlərin hamısını burada yazıldıgı kımı çatdıraraq bu bıabırcılıga aydınlıq gətırılməsinı, bu barəde cavabdeh rəhbər şəxsin mənimlə əlaqə yaradaraq izahat verməsinı tələb etdim. Təxminen 10 dəqiqə davam edən telefon danışıgının sonunda operator xanım meni əmin etdi ki, yaxın 15-20 dəqiqə ərzində məsul şəxs mənimlə telefon əlaqəsi yaradacaq və yaranmış vəsiyətə aydınlıq getiriləcək. Goründüyü kimi, artıq bu gun ayin 29- dur ancaq hələ də nazirlikdən kimsə mənimlə telefon əlaqəsi yaratmayıb. Ancaq mən operator xanıma melumat ucun cadırdım ki, gün ərzində mənimlə əlaqə yaradan olmazssa men bu barədə mətbuata müraciət edəcəm. Belə məlum olur ki adıcəkilən nazirlikdə qeyd olunanlarla elaqədar acıqlama vermək istəyən bir nəfər olsun belə tapilmadı. Belə olan halda mən indı sayt vasitəsilə nazir Sahil Babayevden soruşmaq istəyirəm, bütün bu baş verən biabirciligin adı nədir? Nə ücün DSMF bu günə kimi mənim adıma bankda kart sifariş etməyib? Necə ola bilər ki təqaüdcünün şəxsi məlumatları banka oturulməsin? Və nəhayət, mən adıma yeni kartın sifariş olunmasını daha necə ay gozləməliyəm? Ehtiyatda olan zabit Elşən Quliyev Geri qayıt |