Əsas Səhifə > Hadisə > ABŞ-ın dövlət katibi ilə görüşdə Sarkisyanla səhv salındı – GÜLÜNC HADİSƏ

ABŞ-ın dövlət katibi ilə görüşdə Sarkisyanla səhv salındı – GÜLÜNC HADİSƏ


30-06-2018, 18:34
ABŞ-ın dövlət katibi ilə görüşdə Sarkisyanla səhv salındı – GÜLÜNC HADİSƏ

Ermənistanın prezidenti Armen Sarkisyan Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşündə gülünc hadisə baş verib

Rubrika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Ermənistan prezidentinin mətbuat xidməti görüşlə bağlı rəsmi saytda yayımladığı məlumatda hazırki prezident Armen Sarkisyanla keçmiş prezident Serj Sarkisyanın adını səhv salıb.

“29 iyunda prezident Serj Sarkisyan ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb”, - deyə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Sonradan məlumatda düzəliş edilsə də, bu, jurnalistlərin gözündən yayınmayıb.


Rubrika.az
Geri qayıt