Əsas Səhifə > Hadisə > Aprel döyüşçüsü fəryad edir: "Məni atsınlar dənizə, ölüm gedim".VİDEO və FOTOLAR
Aprel döyüşçüsü fəryad edir: "Məni atsınlar dənizə, ölüm gedim".VİDEO və FOTOLAR30-06-2018, 19:19 |
![]() Aprel döyüşlərində sağlamlığını itirmiş bu qardaşımız məmur biganəliyindən şikayətçidir. Dünən efirə çıxan 25-26 yaşlı mügənniyə 200-300 min manatlıq maşın hədiyyə edən bəzi məmur və məmur övladları, görəsən, Vətən uğrunda canından keçən 10 kvadratmetrlik bir evdə iki övladı, bir həyat yoldaşı ilə kirayədə yaşayan Aprel döyüşçüsünü gözləri önə gətiridilərmi? Onun adı Sadıqov Amindir. Aprel döyüşlərində Amin Vətən uğrunda qanuni hərbi xidmət müddətindən artıq xidmət edərək Vətəni qoruyub. Aprel döyüşlərində qəhrəmancasına vuruşdu, yaralandı, demək olar ki, saglamlığını tamamilə itirdi. Bu gün isə Aminə baxan yoxdur. Ancaq o, həyatdan əlini üzmür, İlham Əliyev, Mehrban Əliyevadan kömək istəyir. Deyir: “Mənə kömək edin yenidən torpaqlarmız uğrunda döyüşə gedib Vətənmizi qoruyum”. Amin Gədəbəy Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, müraciətlərinə ona baxan olmayıb. Hətta onun kirayə pulunu verməyə imkanları tükəndiyindən qonşular ona bu işdə köməklik ediblər, uğrunda döyüşdüyü Vətənin məmurları isə biganə qalırlar. Amma o, yenə ümidini itirmir v ə son ümidi isə artıq Mehriban Əliyevayadır. Amin inaırki, onun bu fəryadıan Mehriban xanım səs verəcək və köm\k əlini uzadacaq! Azerbaycanrealligi.com Daha ətraflı aşağıdakı videoda ![]() ![]() ![]() ![]() Rubrika.az Geri qayıt |