Əsas Səhifə > Hadisə > Prokuror bank rəhbərinə cəza istəyəcək - 5 milyonluq ittiham

Prokuror bank rəhbərinə cəza istəyəcək - 5 milyonluq ittiham


2-07-2018, 12:55
Prokuror bank rəhbərinə cəza istəyəcək - 5 milyonluq ittiham

Külli miqdarda məninsəmədə ittiham edilən bank rəhbərinin məhkəməsi keçirilib.

Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, ləğv edilən "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sabiq sədri Vəliyev Niyazi Şaiq oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Məhkəmə-Mühasibatlıq Ekspertizasının rəyi elan olunub.

"DekaBank"ın nümayəndəsi ekpetriza rəyi ilə tanış olmadığını və bunun üçün o, məhkəmədən vaxt istəyib.

Daha sonra bankın nümayəndəsi vəsatət qaldırıb. O, məhkəmə-mühasibatlıq ekspertizası ilə bağll rəy verən ekpertin məhkəmədə dindirilməsini tələb edib. Məhkəmə vəsatəti təmin etməyib. Hakim məhkəmə istintaqının tamamlandığı elan edib.

Dövlət ittihamçısı isə çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi iyulun 5-də davam etdiriləcək.

Qeyd edək ki, bu iş üzrə daha bir nəfər təqsirləndirilən şəxs var. Həmin şəxs Bəhram Hüseynovdur və "DekaBank"ın Maliyyə Departamentinin direktoru vəzifəsində çalışıb.

Bildirək ki, külli miqdarda vəsaiti mənimsəmə ittihamı edilən N.Vəliyev Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, DekaBank ASC-nin sabiq rəhbəri N.Vəliyevin prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumudur.

"DekaBank" ASC-nin lisenziyası 2016-cı il iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.

Rubrika.Az
Geri qayıt