Əsas Səhifə > Səhiyyə > Nazirlik: Xəstəxanalar generatorlarla fasiləsiz elektrik enerjisi ilə təmin edilib - RƏSMİ
Nazirlik: Xəstəxanalar generatorlarla fasiləsiz elektrik enerjisi ilə təmin edilib - RƏSMİ3-07-2018, 10:57 |
![]() Mingəçevirdə əsas düyün yarımstansiyasında baş verən qəzaya görə işıqların sönməsi nəticəsində xəstəxanaların işində problem yaranmayıb. Rubrika.Az bildirir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O qeyd edib ki, ölkə ərazisində fəaliyyət göstərən bütün xəstəxanalar generatorla təchiz olunub: "Elektrik enerjisinin verilişi dayandıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanalar fasiləsiz elektrik enerjisi ilə təmin edilib. İşıqların sönməsinə görə xəstəxanalarda müalicə olunan xəstələr arasında ölüm faktı qeydə alınmayıb". Nazirlik rəsmisi əlavə edib ki, təcili tibbi yardım maşınları çağırışlara vaxtında çatıb. Rubrika.Az Geri qayıt |