Əsas Səhifə > Din > "Azərenerji"nin sözçüsü: "Azərbaycanda elektrik enerjisi təminatı tam bərpa olunub"
"Azərenerji"nin sözçüsü: "Azərbaycanda elektrik enerjisi təminatı tam bərpa olunub"4-07-2018, 10:05 |
![]() “Azərenerji” ASC bütün ölkə ərazisində elektrik enerjisinin tam təmin olunması üçün bütün operativ tədbirləri həyata keçirib. Buunu özəl olaraq Trend-ə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib. Y.Babanlı bildirib ki, ölkədə elektrik enerjisi təminatı daxili istehsal hesabına artıq gecə saat 03:30-da tam təmin olunub. ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri qeyd edib: "Hazırda ölkədə elektrik enerjisi təminatı stabildir. Son hadisə göstərdi ki, “Azərenerji”nin oxşar problemləri operativ şəkildə aradan qaldırmaq üçün texniki imkanları və peşəkar kadrları var". Rubrika.Az Geri qayıt |