Əsas Səhifə > Hadisə > Bakıda dənizdə batanlardan ikisinin meyiti tapılıb

Bakıda dənizdə batanlardan ikisinin meyiti tapılıb


6-07-2018, 21:54
Bakıda dənizdə batanlardan ikisinin meyiti tapılıb

Bakıda dənizdə batanlardan ikisinin meyiti tapılıb.

Rubrika.az Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 km aralı, nəzarətsiz ərazi) çimərkən batdığı bildirilən 3 nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində iki naməlum kişi meyiti (təxminən 20-25 yaşlarında) aşkarlanıb.

Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. Şəxsiyyətləri dəqiqləşdirilir.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.


Rubrika.az
Geri qayıt