Əsas Səhifə > İdman > Bu gün DÇ-2018-də ilk finalçı məlum olacaq

Bu gün DÇ-2018-də ilk finalçı məlum olacaq


10-07-2018, 11:07
Bu gün DÇ-2018-də ilk finalçı məlum olacaq

Bu gün DÇ-2018-də ilk finalçı bəlli olacaq.

Rubrika.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, ilk yarımfinal matçında Fransa və Belçika yığmaları üz-üzə gələcəklər.

Mübarizəyə C qrupunda start verən Fransa 1/8 finalda Argentina, ardınca isə Uruqvayı məğlub edib. Belçika isə Yaponiya və 5 qat dünya çempionu Braziliyanı üstələyərək mübarizədən kənarlaşdırıb.

Oyun yerli vaxtla 22:00-da başlayacaq.

Rubrika.Az
Geri qayıt