Əsas Səhifə > Hadisə > Yaponiya təbiətin qəzəbinə gəldi: 140 ölü - YENİLƏNİB

Yaponiya təbiətin qəzəbinə gəldi: 140 ölü - YENİLƏNİB


10-07-2018, 11:20
Yaponiya təbiətin qəzəbinə gəldi: 140 ölü - YENİLƏNİB

Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb, 70 nəfər itkin düşmüş hesab edilir.

Oxu.Az-ın verdiyi xəbərə görə, təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xilasedici əməliyyatlara 75 min nəfər cəlb edilib.

19:31 (9 iyul)

Leysan yağışlardan sonra meydana gələn torpaq sürüşməsi və selin nəticəsində Yaponiyada ölənlərin sayı 126 nəfərə çatıb.

Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, 60-dan çox insan itkin düşmüş sayılır.

Xatırladaq ki, cümə günündən başlayaraq Yaponiyanın mərkəzi və cənub-qərb bölgələrinə aramsız yağışlar yağır.

Qifu, Exime, Kioto, Xirosima və Okayama prefekturalarında vəziyyət daha acınacaqlıdır.


Rubrika.Az
Geri qayıt