Əsas Səhifə > Təhsil > Azərbaycanda bu ixtisaslar üzrə təhsil haqqı artdı: 1000-1500 manat
Azərbaycanda bu ixtisaslar üzrə təhsil haqqı artdı: 1000-1500 manat10-07-2018, 13:00 |
|
Bu il ali məktəblərə qəbul üzrə IV ixtisas qrupunda plan yerləri azaldılıb və dəyişikliklər edilib. Rubrika.Az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. Təhsil eksperti deyib ki, bu il IV ixtisas qrupu üzrə yeni ixtisaslar da yaranıb: 1. Bitki mühafizəsi 2. Bağcılıq və tərəvəzçilik K. Əsədov həmçinin IV ixtisas qrupu üzrə plan yerlərinin kəskin şəkildə azaldığını qeyd edib. 1. Müalicə işi: 460 yer (2017-də 585 yer idi), 125 yer azalıb. Təhsilhaqqı 4500 manat (2017-də 3000 AZN idi). 2. Stomotologiya: 15 yer (2017-də 85 yer idi), 70 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi). 3. Tibbi profilaktika: 35 yer (2017-də 65 yer idi), 30 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi). 4. Əczaçılıq: 35 yer (2017-də 60 yer idi), 25 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi). Rubrika.Az Geri qayıt |