Əsas Səhifə > Hadisə > Ağsu icra hakimiyyətinin əməlləri əhali arasında ayrıseçkilik, parçalanma və qarşıdurmaya səbəb olur

Ağsu icra hakimiyyətinin əməlləri əhali arasında ayrıseçkilik, parçalanma və qarşıdurmaya səbəb olur


10-07-2018, 17:16
Ağsu icra hakimiyyətinin əməlləri əhali arasında ayrıseçkilik, parçalanma və qarşıdurmaya səbəb olur

Ağsu rayonunun bir qrup Təklə kənd sakinləri bildirirlər ki, kəndə içməli su çəkilib. Lakin kəndin bir hissəsinə 50 yaşayış evinə 9 su krantı qoyulub. Digər 13 evə və 10-a qədər yaşayış evi tikiləcək həyətyanı sahəyə isə bir dənə də olsun su xətti verilməyib.

Ağsu rayon icra hakimiyyətindən bildirirlər ki, guya bu məhəllə plana düşməyib. Burda bir sual meydana çıxır ki, ödənişli olduğu üçün 25 ildir qaz və işıq plana düşür, amma su isə pulsuz olduğundan plana düşə bilmir...?
Baş verənlərdən belə nəticəyə gəlmək mümkündür ki, icra hakimiyyətinin səlahiyyətində olub, cavabdehlik daşıdığı məsələ heç cür həlini tapa bilmir. Bu hal illərdir davam edir amma bu qurumun əmələrinə dözmək mümkünsüzlüyü Ağsu sakinlərini çıxılmaz duruma salıb. Ölkədə cərəyan edən prossesilər bir daha göstərir ki əhalini bu qədər sıxmaq və təhqirə bərabər əməllərlə sınağa çəkmək gərk deyil. Ağasu sakinləri Ölkə rəhbərinin təyin etdiyi hər bir şəxsə böyük hörmət və ehtiram göstərməsinə baxmayaraq təyin edilmiş şəxs tərəfindən sadəcə hörmətsizlik nümayişinin seyircisinə çevrilməkdədirlər.

Kəndin əhalisi bir-birinə qohum olmasına baxmayaraq icra orqanlarının əməlinə görə artıq qohumlar arasında münaqişələr yaranmaqdadır.
RUBRİKA.AZ bakunews.az-a istinadla bildirir ki, bu haqda əhali tərəfindən hörmətli Ali baş komandan cənab İlham Əliyevə, Birinci Vitse-prezidentimiz xanım Mehriban Əliyevaya, Milli Məclisə və Azərsu ASC-yə rəsmi olaraq kənd əhalisinin içməli su ilə təmin edilməsini dairt müraciətlərdə olunmuşdur.

RUBRİKA.AZ
Geri qayıt