Əsas Səhifə > Hadisə > Bakı metrosunda HƏYƏCAN: gənc oğlan özünü qatarın altına atıb - YENİLƏNİB
Bakı metrosunda HƏYƏCAN: gənc oğlan özünü qatarın altına atıb - YENİLƏNİB10-07-2018, 18:28 |
![]() "Əhmədli" metrostansiyasında gənc oğlan özünü qatarın altına atıb. Bu barədə Lent.az-a "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, hadisə "Əhmədli" stansiyasının 1-ci yolunda baş verib: "Həmin şəxs saat 17.03-də özünü qatarın altına atıb. Qatarın hərəkəti dayandırılıb. Metro polisinin iştirakı ilə həmin şəxs çıxarılıb və ona ilkin yardım göstərilərək təcili yardım tərəfindən aparılıb. Üstündə sənəd olmayıb. Özünün dediyinə görə, 1991-ci il təvəllüdlü Kürdəmir rayon sakini Kamil Daşqın oğlu Nuriyevdir". 17:28 Bu gün saat 17:25-də "Əhmədli" metrostansiyasında 24-25 yaşlı oğlan huşunu itirərək relsin üstünə yıxılıb. Rubrika.az Lent.az-a istinaden məlumatına görə, xoşbəxtlikdən həmin an platformada qatar olmayıb. Yüngül xəsarət alan gənc relsin üstündən çıxarılıb. Rubrika.az Geri qayıt |