Əsas Səhifə > Hadisə > Gəncədə öldürülən polis zabitlərindən biri şəhərin axundu Hacı Tahirin qardaşıdır
Gəncədə öldürülən polis zabitlərindən biri şəhərin axundu Hacı Tahirin qardaşıdır10-07-2018, 23:50 |
![]() Rubrika.az Musavat.com-a istinaden təəssüflə bildirir ki, Gəncədə baş verən qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb. Saytımıza məlum olub ki, şəhid polislərdən biri. - Səməd Abbasov Gəncənin axundu, tanınmış din xadimi Hacı Tahir Abbasovun qardaşıdır. Allah rəhmət etsin. Rubrika.az Geri qayıt |