Əsas Səhifə > Dünya > Londonda Tramp əleyhinə aksiya keçirilir

Londonda Tramp əleyhinə aksiya keçirilir


13-07-2018, 20:39
Londonda Tramp əleyhinə aksiya keçirilir

ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri etirazlara səbəb olub.

Rubrika.az APA-ya istinaden xəbər verir ki, insanlar Parlament meydanından Trafalqar meydanına doğru yürüş edərək Trampın səfərinə etirazlarını bildiriblər.

Yüzlərlə insanın əlində “Tramp evinə geri qayıt” sözləri yazılmış plakatlar olub.

Qeyd edək ki, Trampın Böyük Britaniyaya səfəri dünən başlayıb. O, səfər çərçivəsində Böyük Britaniya baş naziri Tereza Mey ilə görüşüb. Görüşdə Tramp ABŞ-Böyük Britaniya əlaqələrinin ən yüksək səviyyədə olduğunu bildirib. Trampın Böyük Britaniya kraliçası Elizaveta ilə görüşü də nəzərdə tutulub.

Rubrika.az
Geri qayıt