Əsas Səhifə > İdman > Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşəcək
Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşəcək14-07-2018, 10:45 |
|
Bu gün Rusiyadakı dünya çempionatının bürünc mükafatçısı müəyyənləşəcək. Rubrika.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, 3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə milliləri üz-üzə gələcək. Bu komandalar DÇ-2018-də ikinci dəfə qarşılaşacaqlar. Eyni qrupda yer almış iki ölkənin duelində Belçika qalib olmuşdu - 1:0. 10 iyulda keçirilən birinci yarımfinalda Fransa Belçikanı 1:0 hesabı ilə məğlub edərək finala çıxıb. 11 iyulda keçirilən ikinci matçda Xorvatiya 2:1 hesabı ilə İngiltərəyə qalib gəlib. DÇ-2018 14 iyul 3-cü yer uğrunda oyun 18:00. Belçika – İngiltərə Baş hakim: Alireza Faqani (İran) Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu stadionu Rubrika.Az Geri qayıt |