Əsas Səhifə > Hadisə > "Fidan" MTK ağacları kəsdi: nazirlik hərəkətə keçdi
"Fidan" MTK ağacları kəsdi: nazirlik hərəkətə keçdi14-07-2018, 20:22 |
|
Nəsimi rayonu, Cavadxan küçəsi 68 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Rubrika.az Qaynarinfo-ya istinadən bildirir ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 9 sot torpaq sahəsinin hasara alındığı və hasar daxilində yaş köküstə 8-40 sm diametrində 12 ədəd müxtəlif cinsli ağacın olduğu müəyyən olunub. Ağacların zədələnməsi və kəsilməsi faktı aşkar edilməyib: "Araşdırma zamanı torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında hündürmərtəbəli yaşayış binasının tikintisi üçün "Fidan” MTK- ya ayrıldığı məlum olub. Mövcud vəziyyətlə bağlı şikayətçilərin iştirakı ilə qanunamüvafiq qaydada akt tərtib edilib və ərazidəki ağacların qorunub mühafizə olunması üçün "Fidan” MTK-ya icrası məcburi olan "məcburi göstəriş” verilib. ETSN ağacların kəsilməsinin qarşısının alınmasında təşəbbüs göstərən vətəndaşlara və KİV-lərə təşəkkürünü bildirir, qabaqlayıcı tədbirlərin görülməsi üçün ictimaiyyət nümayəndələrindən dəstək gözləyir". Rubrika.az Geri qayıt |