Əsas Səhifə > Hadisə > Qanlı Gəncə iğtişaşı: daha 7 nəfər həbs edilib - RƏSMİ
Qanlı Gəncə iğtişaşı: daha 7 nəfər həbs edilib - RƏSMİ16-07-2018, 10:23 |
![]() 2018-ci ilin 10 iyul tarixində Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilmişdir. Trend-in hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata əsasən, ümumilikdə 10 iyul hadisələrinə görə 22 nəfər həbs edilib. 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb. Eyni zamanda, 3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunub, 8 nəfər barəsində axtarış elan edilib. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Rubrika.Az Geri qayıt |