Əsas Səhifə > Qanun > Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı

Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı


16-07-2018, 19:31
Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.

Rubrika.az APA-ya istinaden məlumatına görə, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.


Rubrika.az
Geri qayıt