Əsas Səhifə > İstisadiyyat > Azərbaycan neftinin 1 bareli 77 dollara çatır
Azərbaycan neftinin 1 bareli 77 dollara çatır16-07-2018, 23:45 |
|
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 76,85 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 2,1 dollar/barel çoxdur. Rubrika.az "Ölkə.Az"a istinaden xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 75,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,04 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlincə, 71,61 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,47 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 74,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,1 dollar/barel çoxdur. Rubrika.az Geri qayıt |