Əsas Səhifə > Hadisə > Azərbaycan nefti 4% ucuzlaşıb
Azərbaycan nefti 4% ucuzlaşıb17-07-2018, 10:18 |
![]() Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 3,06 dollar və yaxud 3,98% azalıb. Rubrika.az "Report"a istinadla xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 73,79 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Rubrika.az Geri qayıt |