Əsas Səhifə > Hadisə > Bakıda dənizdə daha iki nəfər batıb

Bakıda dənizdə daha iki nəfər batıb


17-07-2018, 17:40


Bakıda dənizdə 2 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 2 nəfərin batdığı ehtimal olunur.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Rubrika.Az
Geri qayıt