Əsas Səhifə > Hadisə > Bayıl sakinlərinin pulu kəsilib: "Sualı olan "JEK"ı getsin
Bayıl sakinlərinin pulu kəsilib: "Sualı olan "JEK"ı getsin17-07-2018, 19:04 |
|
Bayılda sürüşmə zonasından köçürülən ailələrə verilən kirayə pulları kəsilib. Rubrika.az Cebhe.info-ya istinaden xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatı dəqiqləşdirmək üçün Səbayel rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimovla əlaqə saxladıq. O, məlumatı nə təsdiq, nə də təkzib etmədi: “Orada araşdırma aparılır. Bəzilərinin sənədləri qaydasında deyil, bəziləri evlərinə qayıdıb. Kimin sualı varsa “JEK”-ə yaxınlaşsın”. Xatırladaq ki, Bayıl yamacının sürüşmə zonasında yerləşən və təhlükəli vəziyyətdə olan 67 evin sahibinə fevral ayından etibarən kirayə haqqı verilirdi. Sakinlərin bildirdiyinə görə, hər ay 3-4 nəfərlik ailəyə 100-150 manat, 6 nəfərlik ailəyə 250 manat, 8, 9 və daha çox ailə üzvü olanlara isə 300 manat kirayə haqqı ödənilrdi. Rubrika.az Geri qayıt |