Əsas Səhifə > Hadisə > “Yanar dağ” yenidən qurulacaq - Büdcədən 1, 2 milyon manat ayrıldı
“Yanar dağ” yenidən qurulacaq - Büdcədən 1, 2 milyon manat ayrıldı17-07-2018, 19:40 |
|
Prezident İlham Əliyev “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Rubrika.az Cebhe.info-ya istinaden məlumatına görə, sərəncama əsasən, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Dövlət Turizm Agentliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Rubrika.az Geri qayıt |