Əsas Səhifə > Hadisə > Suyun verilişindəki məhdudiyyətlər nə vaxt bitəcək?

Suyun verilişindəki məhdudiyyətlər nə vaxt bitəcək?


18-07-2018, 19:41
Suyun verilişindəki məhdudiyyətlər nə vaxt bitəcək?

Bakı və digər şəhərlərdə yaranan su problemi artıq uzun müddətdir ki, həll olunmamış qalır.

Hər gün su problemi ilə bağlı redaksiyamıza 10-larla şikayət daxil olur. Günün müxtəlif saatlarında yaranan problemin həlli istiqamətində isə konkret olaraq hansı addımların atıldığı barədə məlumat verən yoxdur. Mövcud problemlə paytaxtın Yasamal, Nəsimi, Nizami rayonları, o cümlədən Xırdalan və Sumqayıt şəhərinin sakinləri də üzləşməkdədir. Bu barədə Cebhe.info-ya məlumat verən sakinlər iddia edir ki, hətta elə vaxt olur saatlarla belə su olmur.

Sakinlərin sözlərinə görə, dəfələrlə aiddiyyatı qurumlara şikayət etsələr də qarşı tərəf müxtəlif bəhanələr gətirir: "Evdə yaşlı var, uşaq var. Biz hardasa nəsə dözə bilərik. Amma yaşlı adam dözə bilmir. İcra hakimiyyətinə, aidiyyatı qurumlara da gedib şikayət edirik. Amma şikayətlərə baxan yoxdu. Biz şikayətə gedəndə bir saat su verirlər, yenə dayandırırlar.Bu problemi müvəqqəti yox bir dəfəlik həll etmək lazımdır. Yayın istisində susuz qalmaq çox çətindir".

Paytaxtın Yasamal rayonunun sakinləri də suyun verilməsini qrafik halına salınmasından artıq bezdiklırini deyirlər. Onların sözlərinə görə, bir müddətdir ki, suyu həyətlərinə gətirilən avtomobildən pulla alırlar: "Açığı bir neçə vaxtdır ki, mən evdə su görmürəm. Elə həyətəmizə gələn avtomobildən pul verib alıram. Amma burda maddi durumu yaxşı olmayan 10-larla vətəndaş var. Onlar neynəsin? Onları da düşünmək lazımdır. Axı onlar pul verib su ala bilmirlər. Buna maddi durumları çatmır. Bu məsələ gərək tezliklə həllini tapsın. Yəqin ki, sizin vasitənizlə problemimizi görüb həllinə çalışarlar".


Rubrika.az
Geri qayıt