Əsas Səhifə > Hadisə > Üç yaşlı qız pəncərədən yıxılaraq öldü
Üç yaşlı qız pəncərədən yıxılaraq öldü20-07-2018, 11:13 |
|
Bakı şəhəri, Qaradağ rayonunda 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızının yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Bu barədə Bakı Şəhər Prokurorluğundan məlumat verilib. Hadisə iyulun 19-da, saat 12:00 radələrində valideyn diqqətsizliyi və səhlənkarlığı ucbatından baş verib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Rubrika.Az Geri qayıt |