Əsas Səhifə > Dünya > ABŞ casusları İrəvanı mühasirəyə aldı: - şok plan və düşmənə BÖYÜK TƏLƏ - Adlar

ABŞ casusları İrəvanı mühasirəyə aldı: - şok plan və düşmənə BÖYÜK TƏLƏ - Adlar


20-07-2018, 15:42
ABŞ casusları İrəvanı mühasirəyə aldı: - şok plan və düşmənə BÖYÜK TƏLƏ - Adlar

Bir neçə ay öncəyə qədər rusların Cənubi Qafqazda forpostu olan Ermənistan “rəngli inqilab” nəticəsində siyasi oriyentasiyasını dəyişdi. Yeni baş nazir Nikol Paşinyan Moskvaya xoş gəlmək üçün nə qədər ruspərəst açıqlamalar versə də, Kreml də daxil olmaqla hər kəs bunun qeyri-səmimi olduğunu və İrəvanın artıq Vaşinqtonun nəzarətində olan bir ölkəyə çevrildiyini yaxşı anlayır. Ermənistandakı inqilabın sosial vəziyyətdən qaynaqlandığı məlumdur, lakin o da məlumdur ki, bir ölkədə inqilabın yetişməsi hələ onun baş verməsi demək deyil. Partlayışın baş verməsi üçün kənar təkan vacibdir və ermənilər də məhz bu təkan sayəsində köhnə rejimdən xilas ola bildi. Maraqlıdır, Amerika rusların qulağının dibində, regionda ən böyük rus təsirinin olduğu ölkədə necə inqilab etdi?

Rubrika.Az publika.az-a istinadla bildirir ki, ilk diqqət çəkən məqam ABŞ-ın Avropada ən böyük diplomatik korpusunun məhz Ermənistanda olmasıdır. Kiçik ölkədə bu qədər diplomatın olması təsadüfdürmü? Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, ölkədə həyat yoldaşları ilə birlikdə 84 amerikalı diplomat var, lakin onların sayının daha çox olduğu təxmin edilir. Diplomatik mənbələr amerikalıların bir çoxunun Ermənistanda öz missiyalarından kənar fəaliyyət göstərdiyini deyirlər.

ABŞ-ın Qafqaz siyasətini araşdıran “Elminber” saytı Ermənistanda bu qədər amerikalı diplomatın olmasını təsadüfi hesab etmir.

Rusiyanın “Maksalexandrov.liverjournal.com” saytı isə amerikalı diplomatların əslində Ermənistanda casus fəaliyyəti göstərdiyini yazır. ABŞ-ın Ermənistandakı səfirliyi bu informasiyanı təkzib edir, lakin şübhəli suallar cavabsız olaraq qalmaqdadır.

Rubrika.Az
Geri qayıt