Əsas Səhifə > Hadisə > Qarabağda müharibə riski Paşinyanı qorxudub: "Az qala Rusiyaya yalvarır ki..." - RƏY

Qarabağda müharibə riski Paşinyanı qorxudub: "Az qala Rusiyaya yalvarır ki..." - RƏY


20-07-2018, 19:49
Qarabağda müharibə riski Paşinyanı qorxudub: "Az qala Rusiyaya yalvarır ki..." - RƏY

“Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında faktiki Rusiyaya yalvararaq deyib ki, Ermənistanın tarixi strateji müttəfiqi olan Rusiya bölgədə müharibənin başlamaması üçün böyük imkanlara malikdir. Paşinyanın sonrakı cümləsi daha maraqlıdır: “Mən inana bilmərəm ki, Rusiya əlində olan imkanlardan istifadə etməyəcək”.

Rubrika.az Cebhe.info -ya istinaden xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. E.Şahinoğlu qeyd edib ki, Paşinyanın sözlərindən iki nəticə çıxır:
Qarabağda müharibə riski Paşinyanı qorxudub: "Az qala Rusiyaya yalvarır ki..." - RƏY

Birinci nəticə odur ki, Qarabağ münaqişəsinin həllində devirdiyi Serj Sərkisyandan heç nə ilə fərqlənməyən Paşinyan Azərbaycan ordusunun növbəti hücumu ehtimalını yüksək qiymtələndirir və bundan ciddi narahatdır. İkinci nəticə odur ki, Paşinyan Rusiyanın Azərbaycana təzyiq edəcəyinə inanmaq istəyir.

Paşinyan Belarusun Azərbaycana silah satmasından da xeyli narahatdır. “Kollektiv Təhlüksəzlik Müqaviləsi Təşkilatındakı tərəfdaşımız belə bir addım atmamalıdır” deyən Paşinyan tərəfdar dövlətlər arasında öhdəliklərin dəqiqləşdirlməsi vacibliyini bildirib. Bu da yersiz açıqlamadır. Belarus Azərbaycana silah satmaqdan imtina etməyəcək. Rusiya imtina etmirsə, Belarus niyə imtina etməlidir? Hələ Qazaxıstanla da hərbi əməkdaşlığı genişləndirib bu qardaş ölkədən də müasir hərbi texnika almaq olmaq vacibdir. Bu da reallaşarsa İrəvan indi də Astanaya dişlərini qıcıdacaq”.

Politoloq hesab edir ki, Nikol Paşinyan narahatlıqları anlaşılandır: “O bir tərəfdən, Rusiyadan “müharibəyə imkan verməyin” yalvarışını səsləndirərkən, digər tərəfdən

“Rusiya hərbi bazasının Ermənistanda heç kimi xəbərdar etmədən atəşlə müşayiət olunan təlimi təxribatdır” deyə açılama səsləndirir. Əgər yalvardığın səni saymırsa, başqa istəyini niyə diqqətlə yanaşmalıdır? Ancaq o da var ki, Kreml həqiqətən Azərbaycanın Ermənistan üzərində hərbi üstünlük qazanmasını, işğal altındakı torpaqların azad olunmasını istəmir

Rubrika.az
Geri qayıt