Əsas Səhifə > Hadisə > Azərbaycan Ordusunun əsgəri şəhid olub — Qəbələdə dəfn edildi (Yenilənib)

Azərbaycan Ordusunun əsgəri şəhid olub — Qəbələdə dəfn edildi (Yenilənib)


21-07-2018, 17:37
Azərbaycan Ordusunun əsgəri şəhid olub — Qəbələdə dəfn edildi (Yenilənib)

Azərbaycan Ordusu şəhid verib.

Şəhid əsgər Qəbələdə dəfn edilib.

Rubrika.Az "Ölkə.Az"a istinadla xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu dəfn edilib. Şəhid 1999-cu il təvəllüdlü S.Alışov doğulduğu Qəbələ rayonunun Zirik kənd qəbirstanlığında torpağa tapşırılıb.

Şəhidin dəfnində ailə üzvləri , Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, şəhidin 1 qardaşı və 1 bacısı var.
Allah rəhmət eləsin!

***

Bu barədə Müdafiə Naziriliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Rubrika.Az
Geri qayıt