Əsas Səhifə > Hadisə > Atatürkü təhqir edən qızı polis saxladı
Atatürkü təhqir edən qızı polis saxladı21-07-2018, 18:37 |
|
Atatürkün məzarı olan muzey kompleksində dahi lideri təhqir edən Safiye İnci adlı qız haqqında cinayət işi açılıb. Rubrika.az “Ölkə.Az”a istinaden xəbər verir ki, baş prokurorluq Safiyenin saxlanılması barədə qərar çıxarıb. Açıqlamaya əsasən, Məzar Kompleksində Mustafa Kamal Atatürkü təhqir etdiyi video çarxı sosial şəbəkədə paylaşan şəxs ilə bağlı Ankara prokurorluğunda cinayət işi açılıb. Şübhəli şəxsin saxlanılması ilə bağlı sanksiya verilib. Video yayımlandıqdan sonra minlərlə sosial şəbəkə istifadəçisi Safiyenin həbsini tələb etmişdi. Hazırda Safiye Ankara polisi tərəfindən dindirilir. Rubrika.az Geri qayıt |