Əsas Səhifə > Dünya > Yaponiyada istidən 13 nəfər ölüb
Yaponiyada istidən 13 nəfər ölüb21-07-2018, 22:43 |
|
Yaponiyada bugün ərzində istidən 13 nəfər həyatını itirib. Trend-in "Kyodo" agentliyinə istinadən verdiyi məlumata əsasən, ölkə ərazisində 35 dərəcədən artıq isti müşahidə olunub. Qeyd olunur ki, Kiotoda 38 dərəcə isti müşahidə olunub və burada 7 nəfər ölüb. Daha 6 nəfər isə ölkənin digər prefekturalarında ölüb. Qeyd olunur ki, istilərlə bağlı həmçinin kütləvi hospitalizasiya barədə məlumatlar daxil olur. Rubrika.az Geri qayıt |