Əsas Səhifə > Hadisə > Atatürkü təhqir edən hicablı qadın həbs olundu

Atatürkü təhqir edən hicablı qadın həbs olundu


22-07-2018, 22:49
Atatürkü təhqir edən hicablı qadın həbs olundu

Anıtkabırda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü təhqir edən Safiya İnci həbs edilib.

Rubrika.Az yerli KİV-ə istinadən bildirir ki, Ankara Prokurorluğunun Media Cinayətlərini Araşdırma Bürosu Atatürkü təhqir edərək videonu sosial şəbəkədə paylaşan şəxsi saxlayaraq məhkəmə qarşısına çıxarıb.

Məhkəmə qadının barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Safiya İnci Anıtkabırda Mustafa Kamalın ünvanına nalayiq ifadələr işlədərək görüntüləri sosial şəbəkədə paylaşmışdı. İnsanların sərt təpkilərindən sonra qadın üzrxahlıq etsə də, prokurorluq ictimai etirazı nəzərə alaraq fakt üzrə cinayət işi açıb.

Rubrika.Az
Geri qayıt