Əsas Səhifə > Hadisə > Son sutka ərzində İranda dördüncü zəlzələ - YENİLƏNİB

Son sutka ərzində İranda dördüncü zəlzələ - YENİLƏNİB


23-07-2018, 10:23
Son sutka ərzində İranda dördüncü zəlzələ - YENİLƏNİB

İranın cənub-şərqindəki Kirman əyalətində bu gün maqnitudası 5,8 olan növbəti zəlzələ baş verib.

Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı ISNA agentliyi Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, yerli vaxtla 01:09-da qeydə alınan yeraltı təkanların episentri 10 kilometr dərinlikdə olub.

Ümumilikdə, son sutka ərzində baş verən zəlzələlər nəticəsində 287 nəfər yaralanıb, 43 kənd zərər görüb, 101 bina tamamilə dağılıb.

22.07.2018, 17:27

İranda növbəti dəfə zəlzələ baş verib.

İranın qərbindəki Kirmanşah əyalətində qeydə alınan zəlzələ 5,9 bal gücündə olub.

Nəticədə 26 nəfər xəsarət alıb.

12:34

Bu gün yerli vaxtla səhər saat 09.37 radələrində İranın Xormozqan əyalətindəki Ruydar şəhərində 5,7 bal gücündə zəlzələ olub.

Oxu.Az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 8 km dərinlikdə, Bəndər Abbas şəhərindən 130 km uzaqlıqda olub. Zəlzələ rayonuna həkim qrupu və xilasedici briqada göndərilib. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.

Rubrika.Az
Geri qayıt