Əsas Səhifə > İdman > Bu gün “Qarabağ”ın Çempionlar Liqasında üçüncü potensial rəqibi müəyyənləşəcək
Bu gün “Qarabağ”ın Çempionlar Liqasında üçüncü potensial rəqibi müəyyənləşəcək23-07-2018, 10:51 |
![]() Bu gün futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Püşk nəticəsində Azərbaycanı təmsil edən "Qarabağ"ın Albaniyanın "Kukesi" komandası ilə duelində qalib olacağı təqdirdə, rəqib olacaq klub və ya cütlük qalibinin adına aydınlıq gələcək. "Qarabağ" - "Kukesi" cütlüyü səpələnmişlər səbətində yer alacaq ki, bu da onlara daha aşağı reytinqli səpələnməmişlər səbətindəki 11 klubdan biri ilə qarşılaşmaq imkanı verəcək. Çempionlar Liqası III təsnifat mərhələsi Səpələnmişlər “Zaltsburq” (Avstriya) “Lüdoqorets” (Razqrad, Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi “Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi “Legiya” (Varşava, Polşa) – “Spartak” (Trnava, Slovakiya) cütünün qalibi “Astana” (Qazaxıstan) – “Mityulland” (Danimarka) cütünün qalibi “Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi Səpələnməmişlər BATE (Borisov, Belarus) – HİK (Helsinki, Finlandiya) cütünün qalibi “Dinamo” (Zaqreb, Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi “Şkendiya” (Makedoniya) - “Şerif” (Moldova) cütünün qalibi ÇFR (Rumıniya) - “Malmö” (İsveç) cütünün qalibi “Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi AEK (Afina, Yunanıstan) Püşk nəticəsində adı birinci göstərilən klub (cütlük) ilk oyunu evdə keçirəcək. Çempionlar Liqasının III təsnifat mərhələsində uduzan komandalar mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində davam etdirəcəklər. (Report) Rubrika.Az Geri qayıt |